Bütün xəbərlər
Makqreqor və Nurməhəmmədov mətbuat konfransında bir-birini hədələdi
Tarix: 21-09-2018 09:03 | Bölmə: Dünya

            

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovu döyüş öncəsi “qorxaq” adlandırıb.
Trend-in məlumatına görə, irlandiyalı döyüş ustası bunu mətbuat konfransında deyib.
"Mən iki ildir döyüşmürəm, lakin siz avtobusdakı bu qorxağı özünüz gördünüz. O hətta mən avtobusa yaxınlaşanda belə aşağı düşmədi. Dostlarından birinin arxasında gizləndi, mən döyüşmək istədiyim üçün rinqə qayıtdım, onu döymək istəyirəm", - deyə Makqreqor bildirib.
Buna cavab olaraq Nurməhəmmədov bunu deyib: “Mən onu sadəcə əzəcəm. Onun dava etməyi heç nəyə yaramır, heç bir standarta uyğun deyil. Mən sakitcə çıxıb onun üzünü dağıdacağam. Sonra isə o boksa qayıda bilər”.
Xatırladaq ki, Nurməhəmmədov - Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda keçiriləcək.


Baxış sayı: 659


Bölməyə aid digər xəbərlər