Bütün xəbərlər
Sabiq Baş nazir koronavirusdan öldü
Tarix: 05-04-2020 20:08 | Bölmə: Dünya

                    Sabiq Baş nazir koronavirusdan öldü

Liviyanın sabiq Baş naziri Mahmud Cibril koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, "Əl-Arabiya" kanalının yaydığı məlumata görə, o, Qahirədə vəfat edib.
Son illər Liviyanın Milli Qüvvələr koalissiyasına rəhbərlik edən siyasətçi martın 27-də xəstəxanaya yerləşdirilib. Ona süni nəfəs aparatı qoşulub. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Cibril 2011-ci ildə Müəmmar Qəddafi əleyhdarları tərəfindən yaradılan keçid hökumətinin Baş naziri olub. Keçid hökuməti 2012-ci ilin avqustunda öz səlahiyyətlərini parlamentə verib. Onun rəhbərlik etdiyi partiya seçkilərdə yerlərin əksəriyyətini qazanıb.


Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər