Bütün xəbərlər
Əli Babacan partiyasını qurdu - Ərdoğandan münasibət
Tarix: 11-03-2020 20:33 | Bölmə: Dünya

                 Əli Babacan partiyasını qurdu

Türkiyənin Baş Nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasını (Demokrasi və Atılım Partisi – DEVA Partisi) quraraq sədrliyini elan edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, DEVA-nın Təsisçilər Heyətinin 90 üzvü var. Onlardan 27-si qadın, 16-sı isə gənclərdir. Onların arasında keçmiş nazirlər Sadullah Ergin, Selma Aliyə Kavaf, Nihat Ergün, jurnalist Gülay Göktürk, AKP-nin keçmiş millət vəkilləri yer alıb.
DEVA-nın loqosu su damlası içərisində  budaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEVA-nın yaranmasına belə münasibət bildirib: 
" Mübarizəsi inanc, millət, ölkə olmayanın sonu hər zaman məyus olmağa məhkumdur. Bunların heç biri bizi zərrə qaədər maraqlandırmır". 


Baxış sayı: 445


Bölməyə aid digər xəbərlər