Bütün xəbərlər
Nazarbayevin qızı ilə nəvəsinin əmlakına həbs qoyuldu
Tarix: 11-03-2020 10:22 | Bölmə: Dünya

                  Nazarbayevin qızı ilə nəvəsinin əmlakına həbs qoyuldu

İngiltərə hakimiyyəti Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakına həbs qoyub.
“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, Nazarbayevin qızı, Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayev, böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aida Londonda ümumi dəyəri 100 milyon dollardan çox olan mənzil və evlər alıblar.
Məlumata görə, əmlaklar Antil, Panama və Anqilya ofşorlarında sənədləşdirilib.
Qeyd edək ki, Nazarbayevin əmlaklarına İngiltərənin hüquq-mühafizə orqanlarının tələbi ilə 2019-cu ilin yazında həbs qoyulub. London Ali Məhkəməsi isə məlumatın ictimaiyyətə açıqlanmasına bu yaxınlarda icazə verib.
Fotoda: Nurəli Əliyev


Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər