Bütün xəbərlər
İdlibdə bu gecədən atəşkəs elan olunacaq
Tarix: 05-03-2020 23:47 | Bölmə: Dünya

                 İdlibdə bu gecədən atəşkəs elan olunacaq

Rusiyada rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin saatlarla davam edən görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ortaq qərara əsasən bu gecədən etibarən Suriyanın İdlib şəhərində atəşkəs elan ediləcək.
“Kritik vəziyyətlərdə hər zaman əldə olunan razılaşmalara əsaslanaraq uzlaşa bilirik. Problemin həll yolunu göstərə bilirik. Bu gün də belə oldu”, - deyə Putin qeyd edib.
Ərdoğan isə çıxışında “Qısa müddətdə atəşkəsi təmin edəcək, daha sonra isə birgə qəbul etdiyimiz addımları sürətlə atacağıq. Bu gecə 00:01-də atəşkəs elan olunacaq”, - deyə bildirib.


Baxış sayı: 505


Bölməyə aid digər xəbərlər