Bütün xəbərlər
Ukraynanın yeni Baş Naziri bəlli oldu
Tarix: 04-03-2020 21:55 | Bölmə: Dünya

                   Ukraynanın yeni Baş Naziri bəlli oldu

Ukrayna Ali Radası Denis Şmıqalı ölkənin yeni Baş Naziri seçib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Şmıqalın lehinə 291 deputat səs verib.
Qeyd edək ki, Şmıqalın Baş Nazir postuna namizədliyi Prezident Vladimir Zelenski tərəfindən irəli sürülmüşdü.
Bir qədər əvvəl Ali Rada Aleksey Qonçaruk hökumətini istefaya göndərmişdi.


Baxış sayı: 457


Bölməyə aid digər xəbərlər