Bütün xəbərlər
“Elə bir vəziyyət yaratmışıq ki, bizlə müharibə ağıllarına gəlməsin” - Video
Tarix: 02-03-2020 12:41 | Bölmə: Dünya

                  “Elə bir vəziyyət yaratmışıq ki, bizlə müharibə ağıllarına gəlməsin”

“Heç kimlə müharibə aparmaq fikrimiz yoxdur. Ancaq müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, heç kim bizimlə müharibə aparmaq fikrinə gəlməsin”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti “TASS” agentliyinin “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə bildirib.
Dövlət başçısı xatırladıb ki, müdafiə büdcəsi baxımından Rusiya dünyada 7-ci yerdə qərarlaşaraq ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdən geri qalır. Həmçinin o bildirib ki, Rusiya artıq hərbi sferada kimisə ötüb keçməyə çalışan bir ölkə deyil.
“Bundan əlavə bizim hərbi xərclərimiz ildən ilə azalır. Onlarınkı isə artır. Biz ilk dəfə elə bir hücum sistemləri yaratmışıq ki, onlardan dünyada heç kimdə yoxdur. İndi isə onlar bizi keçməyə çalışır”, - deyə Putin əlavə edib.
Qeyd olunur ki, burada Putin Rusiyanın hazırladığı qitələrarası hipersonik hücum sistemlərini nəzərdə tutur.
                         


Baxış sayı: 466


Bölməyə aid digər xəbərlər