Bütün xəbərlər
Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
Tarix: 27-02-2020 18:40 | Bölmə: Dünya
Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov , Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Cəmilağa Ağayev, Azərkitab Kitab Mərkəzinin direktoru Misirxan Həsənov, M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentində Azərbaycalıları təmsil edən Millət vəkilləri Azər Süleymanov və Mahir Derziyev çıxış etdilər.
Kamran Orucov
Sabaha-inamla.Az

                      









Baxış sayı: 522


Bölməyə aid digər xəbərlər