Bütün xəbərlər
“Nikol Paşinyan, niyə oğlunuz Dağlıq Qarabağda əsgərliyə gedib?”
Tarix: 17-02-2020 13:16 | Bölmə: Dünya

               “Nikol Paşinyan, niyə oğlunuz Dağlıq Qarabağda əsgərliyə gedib?”

Amerikalı-israilli professor Brenda Şaffer Ermənistan Baş Naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandan ayrı bir qurumdur” bəyanatına münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssis kimi fəaliyyət göstərən Şaffer öz tvitter mikrobloqunda Paşiyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən oğlu Aşot və həyat yoldaşı Anna Akobyanla birlikdə çəkdirdiyi fotosunu paylaşaraq belə şərh bildirib:
“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir qurumdur” dediniz. Bəs niyə sizin oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”.
                        


Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər