Bütün xəbərlər
Trampın malikanəsindəki insidentə görə opera müğənnisi tutuldu
Tarix: 01-02-2020 12:49 | Bölmə: Dünya

                  Trampın malikanəsindəki insidentə görə opera müğənnisi tutuldu

ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahına hücum etməyə çalışan qadınlardan birinin kimliyi məlum olub.
“Qafqazinfo”nun CNBC kanalına istinadən məlumatına görə, bəlli olub ki, insidenti törədən 30 yaşlı opera müğənnisi Hanna Remhilddir. Bildirilir ki, hadisədən əvvəl o, iqamətgah qarşısında qəribə hərəkətlər göstərib, avtomobilin üzərinə çıxaraq rəqs edib. Hücumdan sonra polis onu yaxınlıqdakı moteldə saxlayıb. 
Remhildlə birgə olan qadının adı isə açıqlanmır. Ehtimal olunur ki, sənətçi onu Mar-a-Laqodan qayıdarkən yoldan götürüb.  
Xatırladaq ki, iki qadın Donald Trampın iqamətgahının mühafizə kortonlarını qıraraq əsas girişə yönəlib. Mühafizəçilər onları yalnız atəş açmaqla dayandıra biliblər.



Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər