Bütün xəbərlər
Rusiyada daha bir nazir vəzifəsindən getməyə hazırlaşır - İddia
Tarix: 21-01-2020 20:40 | Bölmə: Dünya

                  Rusiyada daha bir nazir vəzifəsindən getməyə hazırlaşır

Vladimir Medinski Rusiyanın Mədəniyyət naziri vəzifəsindən gedəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumət aparatındakı üç mənbəyə istinadən “RBK” nəşri məlumat yayıb. İddiaya görə, onu postda Kinematoqrafiya Departamentinin rəhbəri Olqa Lyubimova əvəzləyəcək. Lyubimova 2018-ci ildən Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəridir.
Qeyd edək ki, Medinski 2012-ci ildən Mədəniyyət naziri vəzifəsini icra edir.


Baxış sayı: 435


Bölməyə aid digər xəbərlər