Bütün xəbərlər
Ramzan Kadırov vəzifəsindən getdi
Tarix: 15-01-2020 23:52 | Bölmə: Dünya

                Ramzan Kadırov vəzifəsindən getdi

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən vəzifəsindən gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çeçenistan rəhbərinin saytında dərc olunmuş 13 yanvar tarixli məlumatda yazılıb.
Kadırovun vəzifə səlahiyyətləri müvəqqəti olaraq Müslim Xuçievə tapşırılıb.
Xatırladaq ki, 2019-cu ilin fevralında da Kadırov xəstəliyi ilə əlaqədar Müslim Xuçievi müvəqqəti olaraq Çeçenistan rəhbəri təyin etmişdi. 


Baxış sayı: 555


Bölməyə aid digər xəbərlər