Bütün xəbərlər
Süleymaninin dəfnində ölənlərin sayı artdı
Tarix: 07-01-2020 18:15 | Bölmə: Dünya

                  Süleymaninin dəfnində ölənlərin sayı artdı

Bu gün İranın cənub-şərqində yerləşən Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 
Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.
***
“İnterfaks” xəbər verir ki, xəsarət alanların sayı 190 nəfərə çatıb.
***
Qasım Süleymani ilə vida mərasimində ölənlərin sayı artaraq 50 nəfər olub. Onların əksəriyyəti kişilərdir. Yaralıların sayı isə 200 nəfəri ötüb.







Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər