Bütün xəbərlər
Meksikada həbsxanada silahlı qarşıdurma - Ölənlər var
Tarix: 01-01-2020 20:13 | Bölmə: Dünya

                Meksikada həbsxanada silahlı qarşıdurma

Meksikanın Sakatekas ştatında həbsxanada silahlı qarşıdurma zamanı məhbuslar dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, ştatın hüquq-mühafizə orqanları insident nəticəsində 16 məhkumun öldüyünü, 5 nəfərin yaralandığını bildirib. 
Toqquşmadan sonra hadisə yerindən dörd odlu silah və bıçaq ələ keçirilib. Polisin məruzəsində qeyd olunur ki, bir həftə əvvəl müəssisədə tam yoxlama aparılıb, bu müddət ərzində müxtəlif qadağan olunmuş əşyalar ələ keçirilib.
Qeyd edək ki, Meksika həbsxanalarında üsyanlar və şiddətli qarşıdurmalar hər il baş verir. 2016-cı ilin fevral ayında Nuevo Leondakı Topo Çiko həbsxanasında baş verən iğtişaşda 50 nəfər ölmüşdü.


Baxış sayı: 480


Bölməyə aid digər xəbərlər