Bütün xəbərlər
Dörd yaşlı uşağı vəhşi pitbulldan qurtaran oğlan özü qurbana çevrilə bilərdi
Tarix: 27-12-2019 10:26 | Bölmə: Dünya



Braziliyada pitbulun uşaqa və dayəsinə hücum etdiyini görən 20 yaşlı Patrik du Seu onların köməyinə çatıb.
“Daily Mail” xəbər verir ki, Rio-de-Janeyroda baş verən hadisə küçə kameralarına düşüb.
Kadrlardan göründüyü kimi, it qadını yerə yıxır sonra isə dörd yaşlı uşağı başından qapıb yerlə sürüdür.
Köməyə gələn Patrik uşaqı güclə itin ağzından qurtarır və maşının damına qoyur. Sonra pitbull gəncə hücum edir və o özü də maşının üstünə dırmaşmağa məcbur olur.
Xəstəxanada zərərçəkənlərin yaralarına tikiş qoyulub: Patrikə əllərində və ayağında, uşaqa isə boğazında.
Oxu.Az                          
                 ]


Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər