Bütün xəbərlər
Türkiyədə təriqət liderinin əlini öpən nazir linç edildi - Video
Tarix: 20-12-2019 16:07 | Bölmə: Dünya

                      Türkiyədə təriqət liderinin əlini öpən nazir linç edildi

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gülün Suriyanın “Həznəvi” təriqətinin liderinin əlini öpdüyü anın görüntüləri yayılıb.
“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə gündəmə gətirilən videoda təriqət liderinin çıxış etdikdən sonra nazirin yanına getdiyi, Gülün ona təzim edərək əlini öpdüyü, daha sonra onların ayaqüstə səmimi söhbət etdiyi görünür.
Sözügedən görüntülər ölkənin yüksək vəzifəli şəxslərindən tutmuş adi vətəndaşlarına qədər hər kəs arasında böyük müzakirələrə səbəb olub.
Ədliyyə naziri bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında məsələyə aydınlıq gətirib. O, həmin görüntülərin 2015-ci ildə tədbirlərdən birində çəkildiyini bildirib:
“Ölkənin hər vətəndaşı ilə münasibətimiz ola bilər. Video 2015-ci ildə çəkilib, o zaman millət vəkili belə deyildim”.
                      


Baxış sayı: 504


Bölməyə aid digər xəbərlər