Bütün xəbərlər
"ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu
Tarix: 14-12-2019 23:08 | Bölmə: Dünya
                     

Türkiyəyə sanksiya tətbiq edilərsə, biz də bu sanksiyalara cavab vermək məcburiyyətində qalacağıq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
ABŞ-ın Türkiyənin S-400 sistemləri almasına qarşı çıxdığını xatırladan Çavuşoğlu ölkənin ehtiyacı olan müdafiə sistemini Rusiyanın uyğun təklifi səbəbindən aldıqlarını bildirib.
Nazir Türkiyənin qərar qəbul edərkən öllkələr arasında seçim etmək deyil, balans saxlamaq məcburiyyətində olduğunu deyib:
“Sanksiyalar və təhdid dili əsla işə yaramaz. ABŞ da bunu anlamalıdır. Anladığını da başa düşürəm. Donald Tramp da sanksiyalara qarşı çıxır. Fəqət sanksiya tətbiq edilərsə, Türkiyə buna qarşılıq vermək məcburiyyətindədir. Biz sanksiyalar olmadan və dialoq yolu ilə bir-birimizi anlayaraq problemi həll etməyə çalışırıq”.


Baxış sayı: 437


Bölməyə aid digər xəbərlər