Bütün xəbərlər
Putin Lujkovla belə vidalaşdı - Fotolar
Tarix: 13-12-2019 00:05 | Bölmə: Dünya

                  Putin Lujkovla belə vidalaşdı

Dekabrın 10-da dünyasını dəyişən Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Xilaskar Xristos məbədində keçirilən mərasimi Moskva və Bütün Rusiyanın patriarxı Kirill idarə edib.
18 il Moskvaya rəhbərlik etmiş Lujkovla vidalaşmağa Rusiya Prezidenti Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Mosvanın hazırkı meri Sergey Sobyanin, Dövlət Dumasının spiekri Vyaçeslav Volodin daxil olmaqla bir çox rəsmi şəxs gedib.
O, Novodeviçi qəbiristanlığında, sovet yazıçısı və şairi Sergey Mixalkovun məzarının yanında  dəfn olunub.
Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada ürəyində aparılan əməliyyat nəticəsində dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.








Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər