Bütün xəbərlər
İsveçrədə qadın prezident oldu
Tarix: 11-12-2019 21:24 | Bölmə: Dünya

                      İsveçrədə qadın prezident oldu

İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçilib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Federal Məclisin hər iki palatası səsvermə yolu ilə hakim Sosial-demokrat Partiyasının üzvü olan Sommaruqanı 2020-ci ildən bu posta seçib. Sommaruqa 2014-ci ildə İsveçrənin vitse-prezidenti, 2019-cu il yanvarın 1-dən isə növbəti dəfə yenidən vitse-prezidenti seçilib.
O eyni zamanda İsveçrə Federal Şurasının üzvüdür. 2018-ci ilədək Ədliyyə və polis naziri olub. 59 yaşı var.


Baxış sayı: 509


Bölməyə aid digər xəbərlər