Bütün xəbərlər
Tramp seçkiqabağı tibbi müayinədən keçdi - Şayiələrə son
Tarix: 17-11-2019 20:35 | Bölmə: Dünya

                  Tramp seçkiqabağı tibbi müayinədən keçdi

ABŞ prezidenti Donald Tramp seçkiqabağı tibbi müayinədən keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin səhhətində problemlər olduğu üçün müayinə edildiyi deyilsə də, mətbuat katibi Stefani Qrişem məlumatı təkzib edib. Onun sözlərinə görə, Tramp müayinədən seçkilərin keçiriləcəyi 2020-ci ildə əlavə vaxt itirməmək üçün keçib və səhhəti çox yaxşıdır:
“Prezident 2020-ci ildə çox məşğul olacağı üçün həftə sonunu dəyərləndirmək istədi və Uolter Rid adına qospitalda müayinədən keçdi”.


Baxış sayı: 497


Bölməyə aid digər xəbərlər