Tramp növbəti prezident seçkilərində qalib gələcəyinə tamamilə əmindir
Tarix: 04-11-2019 18:01 | Bölmə: Dünya

ABŞ Prezidenti Donald Tramp bir il sonra - 2020-ci ilin 3 noyabr tarixində keçiriləcək prezident seçkilərində qələbə qazanacağına tamamilə əmindir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.
Dövlət başçısından ikinci müddətə yenidən seçilə biləcəyinə əmin olub-olmadığı barədə sual veriblər. D.Tramp isə tamamilə əmin olduğunu bildirib: "Mən tamamilə əminəm. Sorğulara görə hər şey çox yaxşıdır".
D.Tramp insanların impiçment haqqında eşitmək istəmədiyini deyib: "İnsanlar impiçment barədə eşitmək istəmirlər. İmpiçment haqqında danışmaq istəyən yalnız yalançı KİV-lər və əsasən bu KİV-lərə işləyən demokratlardır".


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər