00:06 / 12-11-2019
TƏBRİK EDİRİK!
Sankt-Peterburq şəhərində Rusiyadakı Azərbaycanlı gənclərin toplantısı keçiriləcək
Tarix: 04-11-2019 15:25 | Bölmə: Dünya
Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əlizadənin Sabaha-inamla.Az-a verdiyi məlumata görə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi tərəfindən noyabr ayınının 09-10- da Rusiya Federasıyasının Sankt-Peterburq şəhərində “Azərbaycançılıq ideyası -Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsi əsasında, Rusiyadakı Azərbaycanlı gənclərin toplantısı keçiriləçək.
T.Əlizadə onu da vurğulayıb ki, 9 noyabr Azərbaycanda Bayraq gününə və 9-10 noyabr Dünya Azərbaycanlıların 1-ci qurultayınının keçirilməsinin 18 ci il dönümünə təsadüf edən bu tədbirdə Sankt-Peterburqda yaşayan, gənc iş adamları və təhsil alan 100 yaxın Azərbaycanlı gənclərin iştirakı gözlənilir.
Kamran Orucov
Sabaha-inamla.Az


Baxış sayı: 284


Bölməyə aid digər xəbərlər