Zelenskidən maraqlı TƏKLİF: məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin
Tarix: 26-10-2019 18:37 | Bölmə: Dünya
                     

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların gəlirlərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurların gəlirlərinin azaldılması hesabına büdcənin xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.
O deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.
Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər