Bütün xəbərlər
SENSASİYA! Bu qız alimlərin 400 il baş sındırdığı tənliyi həll etdi-VİDEO
Tarix: 16-10-2019 13:18 | Bölmə: Dünya



“Bunun dünya miqyaslı kəşf olacağını düşünmürdüm, sadəcə öz araşdırmam üzərində işləyirdim”. Ukraynalı alim Marina Vyazovskaya öz əməyinin nəticəsini belə təsvir edib.
1AZ.AZ Metbuat.az-a istinadən xəbər verir ki, Marina bəşəriyyətin ən ağıllı beyinlərinin üzərində 400 il baş sındırdığı tənliyi 2 ilə həll edib.
Marinanın öhdəsindən gəlməyi bacardığı tənlik sonsuz sayda nöqtələrin 8 və 24 ölçülü fəzalarda necə yerləşdirildiyini, bir-birini təkzib etdiyini göstərir. Kiyevdən olan alim İsveçrə Texnologiya İnstitutunda işləyir. Həmkarları onun haqqında deyirlər: “O – riyazi rəssamdır. Əvvəlcə eskizlər düzəldir, sonra detallar əlavə edir”. 2016-cı ildə Vyazovskaya riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan birini – Salem Mükafatını alıb.


Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər