Bütün xəbərlər
Mövlud Çavuşoğlu: Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam
Tarix: 14-10-2019 22:40 | Bölmə: Dünya

                   


Azərbaycana qarşı Qərbdən gələn hücumları aydın görürük, mən Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Beynəlxalq Media Konfransında çıxışı zaman deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: “Hər zaman Azərbaycanın yanında olacağıq. Həm Türkiyənin, həm də Azərbaycanın haqlı davası üçün mübarizə aparmışıq, bundan sonra da mübarizə aparacağıq. Məqsədimiz səylərimizi birləşdirərək millətimizin əmin addımlarla irəliləməsidir”.


Baxış sayı: 483


Bölməyə aid digər xəbərlər