22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Şimali Kipr prezidentindən SENSASİON açıqlama:”Türk ordusu 1974-cü ildə Kipirdə olduğu kimi, Suriyada da qan axıdır
Tarix: 13-10-2019 10:47 | Bölmə: Dünya
                        

Şimali Kipr Türk Respublikasının prezidenti  Mustafa Akıncı Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına münasibət bildirib.

News12.az xəbər verir ki, Mustafa Akıncı özünün facebook hesabında  Türkiyənin Suriyaya müdaxiləsini Türkiyə ordusunun 1974-cü ildə Kipirə müdaxiləsi ilə eyniləşdirərək, yumşaq desək Türkiyə dövlətini qınayıb:” 1974-cü ildə baş verən hadisələrə biz Barış hərəkatı desək də, bu savaş idi və axan da qan idi. Indi “Barış bulağı” desək də axan su deyil, qandır. Mənə elə gəlir ki, Türkiyənin xoşbəxt gələcəyi türkün,kürdün, ərəbin birgə dialoqunda tapılmalı, 10 ildən artıq davam edən müharibəyə son qoyulmalıdır ”.
Qeyd edək ki, Mustafa Akıncının bu sözləri Türkiyədə geniş rezonansa səbəb olub. Türkiyə prezidentinin köməkçisi Fuad Oktay açıqlama verərək Mustafa Akıncını sərt şəkildə qınayıb.


Baxış sayı: 618


Bölməyə aid digər xəbərlər