Bütün xəbərlər
Ölkə parlamentinin spikeri ilk dəfə qadın oldu
Tarix: 02-10-2019 21:07 | Bölmə: Dünya

                        Ölkə parlamentinin spikeri ilk dəfə qadın oldu


Müasir İndoneziyanın yaradıcılarından biri, milli qəhrəman Sukarnonun nəvəsi Puan Maharani ölkə parlamentinin ilk qadın spikeri olub. “Qafqazinfo”nun məıumatına görə, bu barədə “The Jakarta Post” qəzeti yazıb.
“Nəhayət, 74 ildən sonra, ölkə parlamentinin başçısı qadın oldu. Ümid edirəm, bu, respublikanın bir çox qadınları üçün nümunə olacaq. Özünü müxtəlif sahələrdə sınamaqdan qorxmaq lazım deyil”, - 46 yaşlı Puan deyib.
Ekspertlər hesab edir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biridir.
Qeyd edək ki, Sukarno ölkəyə 1945-1967-ci illərdə rəhbərlik edib. Onun qızı Meqaviti Sukarnoputri isə ölkənin ilk qadın prezidenti olub (2001-2004). 


Baxış sayı: 558


Bölməyə aid digər xəbərlər