Bütün xəbərlər
Putin suala Qurandan sitat gətirərək cavab verdi
Tarix: 16-09-2019 23:23 | Bölmə: Dünya

                     Putin suala Qurandan sitat gətirərək cavab verdi


Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.
“Qafqazinfo” lenta.ru-ya isitnadən xəbər verir ki, Ankarada səfərdə olan Kreml rəhbəri suala Qurandan sitat gətirməklə cavab verib:
“Türkiyədə olduğum üçün müqəddəs Qurandan bu sətirləri xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi”. Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır”.
Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.


Baxış sayı: 595


Bölməyə aid digər xəbərlər