19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
Bu ölkədə rüşvətxor məmurlara atəş açmaq icazəsi verildi
Tarix: 14-09-2019 11:45 | Bölmə: Dünya

                      Bu ölkədə rüşvətxor məmurlara atəş açmaq icazəsi verildi


Filippin Prezidenti Rodriqo Duterte korrupsiya ilə mübarizədə yeni üsul tapıb. O, vətəndaşlara onlardan rüşvət tələb edən məmurlara atəş aşmaq icazəsi verib.
“Qafqazinfo”nun “Manila Bulletin” qəzetinə istinadən məlumatına görə, dövlət başçısı vətəndaşlara həbsə düşməmələri üçün ayaqlardan atəş açmağı təklif edib.
“Əgər siz vergi, gömrük rüsumu və s. ödəyirsinizsə, bu başdanxarablar isə rüşvət istəyir, onları vurun. Əgər silahınız varsa, siz onlara atəş aça bilərsiniz, amma öldürməyin, əks halda araşdırmalar zamanı əfv olunmaya bilərsiniz”, - R. Duterte deyib.
Filippin lideri söz verib ki, rüşvətxor məmura atəş açan şəxsə həbs yox, “ağır dərəcəli bədən xəsarətləri” cəzası veriləcək. Rüşvətxorluğu böyük problem hesab edən Dutarte onu “hakimiyyətdəkilərin, demək olar, hər birinin içində olan qurd” adlandırıb.
Dövlət başçısı filippinliləri öz hüquqlarını qorumağa, qanun pozan məmur və rüşvətxorlar barəsində məlumat verməyə çağırıb.


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər