Bütün xəbərlər
İmamoğludan uşaqlara “Qalatasaray” jesti - Fotolar
Tarix: 14-09-2019 10:41 | Bölmə: Dünya
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu “Qalatasaray” tərəfindən təsis edilən tribunada indiyədək matç izləməyən uşaqlarla birlikdə futbola baxıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, klubun prezidenti Mustafa Cengiz İmamoğlunun imkansız ailələrin uşaqları üçün tribuna ayrılması xahişini yerinə yetirib. 12-17 yaş aralığındakı yeniyetmələr “Qalatasaray”-“Kasımpaşa” qarşılaşmasını İmamoğlu ilə birlikdə izləyiblər.
Bələdiyyə sədri daha sonra sosial şəbəkədə fotolar paylaşaraq kluba təşəkkürünü bildirib.





Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər