Bütün xəbərlər
Putin Həbibi belə təbrik etdi - VİDEO
Tarix: 13-09-2019 03:30 | Bölmə: Dünya
                      

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.
Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki,  görüş Mahaçqala şəhərində gerçəkləşib. Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib. Qələbə münasibəti ilə Həbibi təbrik edən Putin Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb:
“Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.
Qeyd edək ki, Həbib sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəfə çempion titulunu qoruyub.
                                  


Baxış sayı: 617


Bölməyə aid digər xəbərlər