Bütün xəbərlər
AĞIR ATLETİKA ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNDU -SUMQAYIT-70
Tarix: 06-09-2019 21:40 | Bölmə: Digər

04-05 sentyabr 2019-cu il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş ağır atletika üzrə 2002-ci il və daha kiçik təvəllüldü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir. Yarışda 50 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Məryəm Qurbanzadə (35 kq), Arzu Qədimova (40 kq), Günel Muxtarlı (45 kq), Zəhra Niftəliyeva (49 kq), Xanımana Əhmədova (64 kq) və Elnarə Rəşidova (+71 kq) qızlar arasında, Firudin Cəfərov (35 kq), Turan Əliyev (40 kq), Azər Mənsimov (45 kq), Fuad Qədimov (49 kq), Fərid Mərdanov (55 kq), Fizuli Hüseynli (61 kq), Murad Əliyev (67 kq), Novruz Muxtarlı (73 kq), Rəbbani Niftəliyev (81 kq), Əli Şükürlü (+81 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal və kuboku ilə təltif olunmuşlar.
Sabaha-inamla.Az





Baxış sayı: 604


Bölməyə aid digər xəbərlər