Bütün xəbərlər
Qubada ayının təsərrüfatlara hücumu ilə bağlı İşçi Qrup yaradılıb
Tarix: 06-09-2019 20:38 | Bölmə: Digər

                                     

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.


Baxış sayı: 476


Bölməyə aid digər xəbərlər