Bütün xəbərlər
Azərbaycanlı gənc velosipedlə Türkiyəyə yollandı - Ərdoğanla görüşəcək
Tarix: 06-09-2019 00:05 | Bölmə: Digər

                    Azərbaycanlı gənc velosipedlə Türkiyəyə yollandı                     

                                    
Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün səfərə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, Zaqataladan olan İzzədin Abdullayev Türkiyəyə velosipedlə gedir.
O, paytaxt Ankaraya 16-17 günə çatacağını planlaşdırır.
Ərdoğanla görüşməyin çoxdankı arzusu olduğunu bildirən Abdullayev, Türkiyə Prezidentini çox istədiyini söyləyib.
"İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar", - deyə İzzədin Abdullayev deyib.
                               
                                 


Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər