Bütün xəbərlər
Deyan Lovren: “Azərbaycan yığmasına Xorvatiyanın kim olduğunu göstərməliyik”
Tarix: 04-09-2019 19:05 | Bölmə: Digər


              Deyan Lovren: “Azərbaycan yığmasına Xorvatiyanın kim olduğunu göstərməliyik”


“Heç kimi üzmək istəmirəm. Amma təəssüf ki, biz artıq DÇ-2018-dəki kimi deyilik”.
APA-nın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Deyan Lovren deyib.
Təcrübəli müdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Slovakiya və Azərbaycanla matçları ərəfəsində müsahibə verib. D.Lovren bu iki qarşılaşma barədə də fikirlərini açıqlayıb: “İndi biz Rusiyadakı mundialda olduğumuz kimi olmalıyıq. Bunu bacara bilməsək, bir də belə olmayacağıq. Əgər Avropa çempionatının finalında oynamaq istəyiriksə, Slovakiya və Azərbaycana Xorvatiyanın kim olduğunu göstərməliyik. Mənim üçün kimin oynayacağının da fərqi yoxdur. Heyətdə olanlar yığmada yer almağı haqq etdiklərini göstərməlidir. Rusiyada olduğu kimi yenə bir komanda kimi nəfəs almalıyıq”.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu sentyabrın 9-da keçiriləcək.


Baxış sayı: 541


Bölməyə aid digər xəbərlər