Bütün xəbərlər
Kikboksçularımız Macarıstanda tarix yazdı
Tarix: 02-09-2019 16:21 | Bölmə: Digər

                            



Azərbaycan Kikboksinq Federasiyasının idmançıları Macarıstanda keçirilən kikboksinq üzrə Avropa çempionatından 5 qızıl, 2 gümüş və 5 bürünc medalla vətənə dönüb.
Bu barədə Axar.az-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov məlumat verib:
“Gərgin döyüşlər oldu. Çempionatda 39 ölkədən 1991 idmançı iştirak edirdi. Şükürlər olsun ki, idmançılarımız üzümüzü ağartdılar. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil müəllimə və idmançılarımız üzərində zəhmət çəkən məşqçilərimizə təşəkkür edirəm. Azərbaycan kikboksçuları son illər Prezident İlham Əliyevin idmanın kütləviləşdirilməsi strategiyasında fəal rol oynayır. Nəticələrimiz var. Mən ürəkdən deyərdim ki, Azərbaycan kikboksçuları Macarıstanda tarix yazdı. Millətimizə bu gün hər bir sahədə, istər rinqdə olsun, istər tatamidə, istərsə də cəhbədə, yalnız qələbə arzulayıram”.


Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər