Bütün xəbərlər
Alimlər astma xəstəliyinə qarşı yeni dərman hazırladı
Tarix: 30-08-2019 00:06 | Bölmə: Digər


Rusiyalı alimlər astma xəstəliyinin əsas mexanizmlərindən birinin - xroniki bronxit soyuqlamasının qarşısını ala biləcək preparat yaradıblar.
AzEdu.az  e-tibb.az-a istinadən bildirir ki, Rusiyanın İmmunologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Musa Xaitov "İzvestiya"ya müsahibəsində bildirib ki, soyuqdəymə əleyhinə olan yeni preparat boğulma ilə nəticələnən tutmaların da qarşısını alacaq.
Onun sözlərinə görə, yeni yaradılmış preparatın dünyada analoqu yoxdur, hazırda bu, ən qabaqcıl dərmandır. Özünün unikal genetik tərkibi sayəsində preparat maksimal effektivliyə malikdir.
Dərman artıq bəzi sınaqlardan keçirilib, insanlar arasında da test edildikdən sonra, inhalhasiya (inhalyasiya - dərman maddələrinin nəfəslə bədənə daxil edilməsidir) formasında istifadə üçün buraxılacaq.


Baxış sayı: 474


Bölməyə aid digər xəbərlər