Bütün xəbərlər
Bakıda əməliyyat edilən 256 kiloqram çəkisi olan qadın ayağa qalxdı - FOTOLAR
Tarix: 28-08-2019 23:56 | Bölmə: Digər


Bir neçə gün öncə Bakıda arıqlama əməliyyatına məruz qalan 256 kiloqram çəkiyə malik qadın ayağa qalxıb.
Modern.az xəbər verir ki, bu barədə cərrah Fərid Rəfiyev bildirib.
Tibb elmləri doktoru olan F.Rəfiyev qeyd edib ki, qadın pasientin əməliyyatı uğurla sonuclanıb:
“Bu işdə mənə ən böyük dəstəyi məhz xanımın özü oldu. İlk görüşümüzdə bütün baş verə biləcək risklər haqqında ətraflı danışsaq da, sonda Anara xanım gülümsəyərək qərarı artıq verdiyini bildirdi. Üstəlik mənim narahat olmağıma heç bir səbəbin olmadığını, əminliklə tam sağlam olduğunu deyərək, sanki məni ürəkləndirdi. Bütün ekipin köməyi, başda anestezioloqumun bu işə tam məhsuliyyətlə yanaşması bu gün Anara xanımın tam sərbəst ayaq üstə görməyimizə səbəb oldu”. 
Cərrah F.Rəfiyevin sözlərinə görə, bu, tibbi təcrübəsində rast gəldiyi ən çəkili pasienti olub – 256 kq.




Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər