22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
ÜZGÜÇÜLÜK ÜZRƏ AÇIQ SUMQAYIT BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNDU -SUMQAYIT-70
Tarix: 26-08-2019 16:52 | Bölmə: Digər

25 avqust 2019-cu il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş üzgüçülük idman növü üzrə 2004-cü il və daha böyük təvəllüdlü; 2005-2006; 2007-2008; 2009-2010; 2011- ci il və daha kiçik təvəllüdlü oğlanlar və 2006-cı il və daha böyük təvəllüdlü; 2007-2008; 2009-2010; 2011-ci il və daha kiçik təvəllüdlü qızlar arasında Sumqayıt şəhərinin açıq birinciliyi keçirilmişdir. Yarışda Bakı və Sumqayıtın 4 komandası olmaqla 60 nəfərdən artıq idmançsı qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançılarından Nuray Hüseynzadə, Səkinə Həsənli, Nuray Həsənli, Aynur Məlikova, Elnarə Nizamlı, Leyla Abduləzizova, Sevinc İsmayılova qızlar arasında, Əli Muradlı, Əli Vəliyev, Mehdi Babazadə, Əli Səfərəlizadə, Seyid Məmmədov, Məhəmməd Vəliyev, Toğrul Kərimli və Murad Nəcəfzadə oğlanlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşdur.
Sabaha-inamla.Az





Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər