Bütün xəbərlər
İsrailli stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra infeksiyadan ölüb
Tarix: 15-08-2019 06:53 | Bölmə: Digər

                                

İsrailin EI AI aviaşirkətinin stüardessası uzun sürət uçuşdan sonra qızılca xəstəliyindən ölüb.
"Report" "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub, uçuşdan bir neçə gün sonra isə stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.
Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.
İsrailin Səhiyyə Nazirliyi stüardessanın harada yoluxduğunu müəyyən edə bilməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd qəbul etdiyini qeyd edib.


Baxış sayı: 505


Bölməyə aid digər xəbərlər