Bütün xəbərlər
Norveçdə məscidə hücum edən şəxs baş verənləri videoya çəkibmiş
Tarix: 13-08-2019 01:51 | Bölmə: Digər



İki gün öncə Norveçdə məscidə silahlı hücum etmiş şəxs – Filip Manshaus baş verənləri “GoPro” kamerası ilə çəkibmiş.
Bu barədə yerli NRK kanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Hadisə yerindən çəkilən kadrlar istintaq üçün vacib dəlilə çevrilib. İstintaqı aparan prokuror Pol-Fredrik Yort Krabyu jurnalistlər üçün keçirilən konfransda qeyd edib ki, hazırda əldə olan videomaterial ciddi fakt kimi təhlil olunur.
Qeyd edək ki, avqustun 10-da Norveçin paytaxtı Osloda yerləşən məscidə edilən silahlı hücum zamanı bir nəfər həlak olmuşdu.


Baxış sayı: 508


Bölməyə aid digər xəbərlər