Bütün xəbərlər
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
Tarix: 14-07-2019 13:21 | Bölmə: Digər
                     

“247 məntəqədə yeni taksi duracaqlarının yaradılması planlaşdırılır”.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib. M.Ağayev qeyd edib ki, taksi duracaqlarının yaradılması qurumun diqqətində olan əsas məsələlərdəndir:
“Ötən müddətdə Agentlik tərəfindən 74 taksi duracaq məntəqəsi təşkil edilib. Yəni bu proses davamlı olaraq həyata keçiriləcək və tələbata uyğun olaraq yeni taksi duracaqları təşkil ediləcək”.
BNA rəsmisi qeyd edib ki, taksi xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə duracaqlar Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərə uyğun təşkil ediləcək:
“Yalnız bu qərarda əksini tapan tələblərə cavab verən, fərqlənmə nişanı əldə etmiş taksi minik avtomobilləri üçündür. Duracaqların təşkili işlərinə isə artıq başlanılıb”.
M.Ağayev bildirib ki, taksi duracaqları tam olaraq fəaliyyətə başlayandan sonra metro çıxışlarını, avtobus dayanacaqlarını zəbt etmiş taksilər olmayacaq.


Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər