Bütün xəbərlər
Kanadada oteldə 43 nəfər dəm qazından zəhərlənib
Tarix: 10-07-2019 01:24 | Bölmə: Digər

                                  

Kanadada oteldə onlarla insan dəm qazından zəhərlənib.
Bu barədə “Report” CBC telekanalına istinadən xəbər verir.
Yerli administrasiyaya istinadən yayılan xəbərdə bildirilir ki, hadisə Vinnipeqdəki “Super 8 Motel West” otelində baş verib.
Mehmanxananın daxilində karbon oksidin konsentrasiyası təhlükəli səviyyəni on dəfələrlə ötüb. Güman edilir ki, fövqəladə hadisə qazın mətbə plitələrində natamam yanmasına və ya pis ventilyasiyaya görə olub.
Hadisə zamanı ümumilikdə 46 nəfər dəm qazından zəhərlənib. Onların hamısı xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 15-i kritik vəziyyətdədir. 


Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər