Bütün xəbərlər
ABŞ-da ayı avtomobili qəzaya uğradıb
Tarix: 10-07-2019 01:04 | Bölmə: Digər

                                 

ABŞ-da ayı avtomobili “oğurlayaraq” nəqliyyat vasitəsini qəzaya uğradıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Boulderşəhərində baş verib.
Boulder şəhər polisinin mətbuat xidmətinin yaydığı məlumata görə, heyvan qapısı açıq qalmış avtomobilə girib və nəqliyyat vasitəsinin qapısı gözlənilmədən bağlanıb. Ayı avtomobildın çıxmağa cəhd edən zaman sürət qutusunu neytral vəziyyətə ötürüb. Nəticədə avtomobil təpənin yamacına düşüb və ağaca çırpılıb. Nəqliyyat vasitəsinin ağacla toqquşmasından sonra yırtıcı salondan çıxa bilib.
Qeyd edilir ki, avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində güclü zərər çəkib, ayı isə gizlənib.
Boulder şəhər polisinin mətbuat xidməti yerli sakinləri nəqliyyat vasitələrini tərk edərkən qapıları açıq qoymamağa çağırıb.


Baxış sayı: 605


Bölməyə aid digər xəbərlər