Bütün xəbərlər
Tısbağaya görə aviareys ləngidi
Tarix: 05-07-2019 23:18 | Bölmə: Digər

                     


Avstraliyanın Qold Kost şəhərində hava limanının uçuş-eniş zolağında gəzən tısbağa aviareysin ləngiməsinə səbəb olub.
Trend-in məlumatına görə, təyyarə uçuş-eniş zolağında sürət yığmağa başlayarkən pilot iri tısbağanı görüb.
Heyət üzvləri tısbağanın təhlükəsiz yerə aparılmasınadək təyyarəni dayandırmaq qərarı verib.
Tısbağa zolaqdan götürüldükdən sonra uçuş davam edib.


Baxış sayı: 494


Bölməyə aid digər xəbərlər