Bütün xəbərlər
Məşhur reper ASAP küçədən keçən şəxsi döydü
Tarix: 03-07-2019 04:08 | Bölmə: Digər



Reper ASAP Rocky dostları ilə birgə Stokholmda küçədən keçən şəxsləri döyüb.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, reperin İsveçin paytaxtına gəlməsinin səbəbi burada keçirilən “Smash х Stadion” adlı hip-hop festivalında çıxış etməsi olub.
Şahidlərin sözlərinə görə, hadisə şəhərin məşhur restoranlarından birinin yaxınlığında baş verib.
Dava reperin komandası ilə yoldan keçən iki şəxs arasında olub. İnsident küçədə yerləşən kameralara düşüb. Görüntülərdən aydın olur ki, reper mübahisə etdiyi şəxsi asfalta itələyir və onu 3 dostu ilə döyür.
Hadisədə zərər görən hər iki şəxs polis idarəsində bu məsələnin sonuna qədər gedəcəklərini bildiriblər.
Onlar davanın səbəbini belə izah ediblər: “ASAP əvvəlcə qulaqlıqlarımızı sındırdı. Yoldan keçən bir qadın isə davamıza qoşularaq, ona əl-qol atdığımızı söylədi. Bundan sonra reper qəzəblənərək, üstümüzə hücum çəkdi”.
Hadisədən sonra reper komandası ilə birlikdə təcili tibbi yardımı və polisi gözləmədən aradan çıxıb.


Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər