23:29 / 17-04-2024
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
23:09 / 17-04-2024
Amsterdam kütləvi turizmlə mübarizə məqsədilə yeni otellərin tikintisini qadağan edib
22:47 / 17-04-2024
Məktəblini vuran müəllimə qarşı cinayət işi açılıb
21:42 / 17-04-2024
Hindistan 1,44 milyard nəfərlə əhalinin sayına görə dünyada 1-ci yerdədir
21:38 / 17-04-2024
"Teleqraf": Konqo DR-də pandemiya potensialı olan meymun çiçəyi ştammı aşkar edilmişdir
21:32 / 17-04-2024
Yeni yardım layihəsi ABŞ prezidentini Kiyevlə təzminatla bağlı danışıqlar aparmağa məcbur edir
21:26 / 17-04-2024
Belçika və Çexiya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təklif edir
19:25 / 17-04-2024
GÖMRÜK AKADEMİYASINDA DÖVLƏT GÖMRÜK KOMİTƏSİ YANINDA İCTİMAİ ŞURANIN ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
16:30 / 17-04-2024
G7-nin yaratdığı qrupa İsveçrə daxil edilməyəcək
16:20 / 17-04-2024
Təyyarəni sahəyə endirən pilot Ural Hava Yollarından istefa verib
16:16 / 17-04-2024
Vıqovski: "Almaniyada Rusiya Federasiyasına aparıldığı hesab edilən 161 ukraynalı uşaq tapılıb
16:07 / 17-04-2024
Rəisi: "İranın zərbəsi İsraili cilovlamaq məqsədi daşıyırdı"
13:03 / 17-04-2024
Azərbaycan XİN: Paris Bakını qorxuda bilməyəcək
11:22 / 17-04-2024
Baykal gölündə hava gəmisinin batması nəticəsində iki nəfər ölüb
11:17 / 17-04-2024
Kurqan vilayətində 660-dan çox yaşayış evi və 2,3 mindən çox bağ evi su altında qalıb
11:13 / 17-04-2024
Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
11:07 / 17-04-2024
Tümen vilayətində 14 yaşayış məntəqəsinin sakinləri daşqın səbəbindən təxliyə edilir
11:02 / 17-04-2024
Miqrantlar üçün rusiyalı qadınlarla uydurma nikahlar təşkil edən dəstə ifşa edilib
10:59 / 17-04-2024
Putin: "Rusiya epidemiyanın qarşısının alınması sahəsində Afrika ilə əməkdaşlıq edir"
10:46 / 17-04-2024
Omskda naməlum şəxs bank filialında partlayış törədib
23:38 / 16-04-2024
Moskvada başqa bir özəl klinikada daha iki xəstə dünyasını dəyişib
23:27 / 16-04-2024
Bayden Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girməsinə qoyulan qadağanı uzadıb
23:18 / 16-04-2024
Kadırov Alaudinovun yeni təyinatını açıqlayıb
23:10 / 16-04-2024
RAC1: Barselona azarkeşləri komandalarını daşıyan avtobusa hücum etdilər
23:04 / 16-04-2024
MAQATE müfəttişlərini müvəqqəti olaraq İrandan geri çağırır
22:41 / 16-04-2024
"Bloomberg": Makron Putini sürprizlə tutmağa çalışmaqdan əsəbiləşib
22:33 / 16-04-2024
Lukaşenko vədlərinə əməl etməyən qubernatorları həbslə hədələyib
22:28 / 16-04-2024
Rusiya yığmasının həndbolçuları ilk yoldaşlıq görüşündə Belarus yığmasına qalib gəlib
22:23 / 16-04-2024
Tokayev rus dili ətrafında isteriya oyatmağı axmaqlıq hesab edir
22:19 / 16-04-2024
"Malaqa"nın futbolçusu köynəyini azarkeşə 50 avroya verib
16:59 / 16-04-2024
PCT: Ruslar aktiv şəkildə Türkiyəyə turlar alırlar
16:54 / 16-04-2024
Olaf Şolts Si Cinpindən Rusiyaya təsir göstərməsini istəyib
16:50 / 16-04-2024
Sklifdə insan sağlamlığını bərpa edən kapsulların görünməsinə icazə verildi
16:46 / 16-04-2024
Ukrayna dəniz piyadaları Xerson vilayətində hücuma məruz qalıb
I və IV qruplar üzrə qəbul imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb
Tarix: 02-07-2019 18:43 | Bölmə: Digər
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Baxış sayı: 455
Bölməyə aid digər xəbərlər