Bütün xəbərlər
Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində ADTGT Bosniya və Hersoqivanda rəsmi görüşlərə başladı
Tarix: 21-06-2019 00:30 | Bölmə: Digər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində 19 iyun tarixində Bosniya və Hersoqovinada rəsmi görüşlərə başlamışdır. ADTGT rəhbərliyi səfər çərçivəsində ilk olaraq Bosniya və Hersoqovinanın qurucu prezidenti mərhum Aliyə İzzetbeqoviçin muzeyi ilə yaxından tanış oldular, onun keçdiyi həyat və mübarizə yoluna nəzər saldılar, həmçinin nəvəsi Nada Berberoviç – Dizdareviç ilə maraqlı söhbət etmişlər. Nəvəsi ilə iki ölkə arasında dostluğumuzu, mədəni əməkdaşlığımızı genişləndirmək üçün Bakıda baş tutacaq yeni layihə təklifini müzakirə etmişlər. Növbəti görüş Sarayevo Böyük Şəhər Bələdiyyəsində baş tutdu. Heyət burada şəhər bələdiyyə başçısının müavini və digər rəhbər şəxslərin iştirakı ilə iki ölkə və paytaxtlar arasında mədəni-hümanitar əlaqələrin genişləndirilməsini geniş müzakirə etdilər. Həmçinin təşkilatın sədri Asif Əsgərli şəhər rəhbərliyinə burada nəzərdə tutulan Dağlıq Qarabağ mövzsusunda keçiriləcək beynəlxalq konfrans haqında geniş məlumat verdi. Daha sonra Bosniya və Hersoqavina federal parlamentində millət vəkili – Boşnak qrupunun rəhbəri Jasmin Dubvnjakla səmərəli və geniş əhatəli görüş baş tutdu. Millət vəkili Azərbaycana böyük sevgi və maraqlarının olduğunu diqqətə çadırdı və Bosniya və Hersoqavin ailə ölkəmizin dostluq münasibətlərinə böyük önəm verdiyi dilə gətirdi. Təşkikatın sədr müavini Gülnarə Bağırova 2013-cü ildə burada Xocalının soyqırım kimi tanınmasında yaxından iştirak etdiyini və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğuladı. Parlamentdə keçiriləcək konfransımızın əhəmiyyətinin yüksək qiymətləndirərək, uğurlar arzu etdi. Yaxın zamanlarda Azərbaycana rəsmi səfər edəcəyini diqqətimizə çatdırdı. Günün son görüşü Bosniya və Hersoqavina Həmkarlar İttifaqı Konfederasiyasının binasında baş tutdu. Burada azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarının qeyd edən Konfederasiya rəhbərliyi yaxın gələcəkdə bu sahədə konkret addımlar atacaqlarını bildirdilər. Tədbirin mətbuat katibi Məhsəti Hüseynova və Asim Vəliyev bildirdi ki, rəsmi səfər proqrama müvafiq davam edir, Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi və ikitərəfli münasibətlər mövzusunda görüş və müzakirələr haqqında mütəmdi olaraq ictimaiyyət məlumatlandırılacaqdır.
Sabaha-inamla.Az




Baxış sayı: 917


Bölməyə aid digər xəbərlər