Bütün xəbərlər
Gədəbəy sakininin gözünə bıçaq soxdular
Tarix: 13-06-2019 00:20 | Bölmə: Digər



Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov gözündən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib.
Hadisə şahidlərinin sözlərinə görə, Zamiq Həsənov Gədəbəy rayonunun “Narzan” restoranında yeyib-içdikdən sonra pivə içmək üçün başqa bir kafeyə yollanıb. Mübahisə də məhz orada baş verib. Digər masada əyləşənlərlə yaşanan mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçağı Zamiq Həsənovun gözünə soxub. Sonuncu ağır vəziyyətdə öncə Gədəbəyə, daha sonra Gəncəyə xəstəxanaya aparılıb. Onun  bir gözü əməliyyat edilərək, götürülüb.
Cinayəti törədən şəxs və yanında olan iştirakçılar isə hadisə yerindən qaçıblar. Hazırda polis onların şəxsiyyətini müəyyənləşdirmək üçün əməliyyat axtarış tədbirlərini davam etdirir.


Baxış sayı: 678


Bölməyə aid digər xəbərlər