Bütün xəbərlər
Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
Tarix: 11-06-2019 09:19 | Bölmə: Digər

08-09 iyun 2019-cu il tarixlərində Mehdi Hüseynzadə adına şəhər stadionunda  Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2007-2008-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə şəhər birinciliyi keçrilmişdir. Yarışda 220-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Elmar Quliyev (24 kq), İbrahim Aslanlı (27 kq), Abdullah Kərimov (30 kq), Nihad Məmişov (34 kq), Nicat Qardiyev (38 kq), Murad Qasımov (42 kq), Seymur Mərdiyev (46 kq), Abdulla Əliyev (50 kq), Ziyafət Allahverdiyev (55 kq) və Abubəkir Hüseynov (+55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qızlar arasında isə Qurbanova Fatimə  (28 kq), Nazlı Səfərli (32 kq), Surə Hüseynova (36 kq), Zeynəb Nəcəfova (40 kq) və Aytən Verdiyeva (48 kq) birinci olmuşlar.
Yarışın qalib və mükafatçıları Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar.
Sabaha-inamla.Az



Baxış sayı: 641


Bölməyə aid digər xəbərlər